Çaya düşən azyaşlının meyiti tapılıb - Yenilənib
H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Gəncə şəhərinin Kəpəz rayonunda bir nəfər azyaşlı naməlum şəraitdə Gəncə çayına düşüb. Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əlavə məlumat veriləcək.
Azvision.az