Bakıda əcnəbi vətəndaş qarət olundu

  01 İyul 2019    Oxunub : 611
Bakıda əcnəbi vətəndaş qarət olundu
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Cinayət Axatrışı İdarəsi, Bakı ŞBPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də Nəsimi rayonu ərazisindəki kafelərin birində əcnəbi vətəndaşın içərisində 140 manatı, 1300 ABŞ dolları və mobil telefonu olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Abdullayev saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq