Nazirliyə bir ayda 17 323 müraciət daxil olub

Nazirliyə bir ayda 17 323 müraciət daxil olub
  01 İyul 2019    Oxunub:1722
İyun ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 17 323 müraciət daxil olub. Telefon Məlumat Mərkəzində 14 905 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 418 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1162 (506 ərizə, 656 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələləri əhatə edib.

Azvision.az


Teqlər: Təhsil   Müraciət  





Xəbər lenti