Hirkan Milli Parkının ərazisində yanğın olub

Hirkan Milli Parkının ərazisində yanğın olub
  29 İyun 2019    Oxunub:1557
İldırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyi ilə söndürülüb. Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib.

ETSN yanğının qarşısının alınmasında nazirliyin əməkdaşlarına kömək və dəstək göstərdiklərinə görə Gəgıran kəndinin sakinlərinə minnətdarlıq bildirir və vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına riayət etsinlər.

Azvision.az



Teqlər: ETSN   Yanğın  





Xəbər lenti