Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  29 İyun 2019    Oxunub:1954
İyunun 28-də saat 19 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində şəhər sakini V.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə onun sərnişinlərindən Tatlı kənd sakini Fərhad Əliyev və Biləsuvar rayon sakini Cəsur Ağayev hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   cinayət  





Xəbər lenti