Sosial şəbəkədə təhqir edəcəyi ilə hədələyib pul istədi

Sosial şəbəkədə təhqir edəcəyi ilə hədələyib pul istədi
  29 İyun 2019    Oxunub:1846
İyunun 28-də Cəlilabad rayonunun Günəşli kənd sakini Ə.Əliyev RPŞ-yə müraciət edib iyunun 24-də Salyan rayon sakini R.Ağayevin onun həmkəndlisi olan qohumu K.Həsənovu sosial şəbəkədə təhqir edəcəyi ilə hədələyib 3000 manat pul istəməsini bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də R.Ağayev Ə.Əliyevdən 3000 manat pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti