Təyyarədə siqaret çəkən azərbaycanlı 63 min cərimələnib

   Təyyarədə siqaret çəkən azərbaycanlı 63 min cərimələnib
  28 İyun 2019    Oxunub:3944
Qazaxıstanın nəqliyyat polisi Tbilisi-Nur-Sultan reysi üzrə hərəkətdə olan təyyarənin salonunda siqaret çəkən Azərbaycan vətəndaşını saxlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı nəqliyyat üzrə polis departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, 28 iyun tarixində Nur-Sultan beynəlxalq hava limanında təyyarələrdən birinin salonunda qanun pozuntusunun baş verməsi barədə polisə məlumat daxil olub. Yoxlama zamanı 29 yaşlı Azərbaycan vətəndaşının təyyarədə siqaret çəkdiyi müəyyən edilib. Bu səbəbdən həmin şəxs polis tərəfindən saxlanılaraq 63125 tenqe məbləğində cərimələnib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təyyarə   Siqaret  





Xəbər lenti