Əli Kərimliyə xəbərdarlıq edilib - Rəsmi məlumat

   Əli Kərimliyə xəbərdarlıq edilib -    Rəsmi məlumat
  28 İyun 2019    Oxunub:2145
İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən birgə məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilmiş və sərbəst buraxılıb.

Azvision.az



Teqlər: DİN   Baş-prokurorluq   Əli-Kərimli  





Xəbər lenti