Moskva səfirliyin atəşə tutulmasını terror adlandırdı

Moskva səfirliyin atəşə tutulmasını terror adlandırdı
  29 Noyabr 2013    Oxunub:989
Rəsmi Moskva Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasını terror aktı kimi qiymətləndirir.

Rəsmi Moskva Rusiyanın Dəməşqdəki səfirliyinin minaatanlardan atəşə tutulmasını terror aktı kimi qiymətləndirir və günahkarların cəzalandırılmasını tələb edir. Bu barədə AzVision.az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir: "Silahlıların Dəməşqin mərkəzi hissəsini, o cümlədən Rusiya səfirliyinin ərazisini minaatanlardan atəşə tutmasını hiddətlə qarşılayır və kəskən şəkildə qınayırıq. Törədilən hadisələri terror aktları kimi qəbul edirik. Terror aktlarının icraçıları, onları bu işə təşviq edən və yönəldənlər layiqli cəzalarını almalıdırlar".

Qeyd edək ki, bu gün Rusiyanın Suriyadakı səfirliyinin minaatanlardan atəşə tutulması nəticəsində minalardan biri səfirliyin ərazisində partlayıb, daha bir mina isə səfirlik ərazisindən kənarda partlayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir suriyalı ölüb, 9 nəfər, o cümlədən səfirliyin suriyalı mühafizəçiləri xəsarət alıb. Suriyadakı Rusiya vətəndaşları arasında xəsarət alan olmayıb. Səfirliyin binasına cüzi maddi zərər dəyib.


Teqlər:  





Xəbər lenti