Rusiya dəyişib, erməni kriminalı isə yox – Bəhram Çələbinin yazısı

  27 İyun 2019    Oxunub : 3647
 Rusiya dəyişib, erməni kriminalı isə yox – Bəhram Çələbinin yazısı
Bu gün Rusiya kriminala qalib gəlmiş ölkədir, bütün xalqların nümayəndələri orada rahat yaşaya bilirlər. Amma 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində belə deyildi. O vaxtlar ölkədə qanunsuzluq baş alıb gedirdi. Kriminal öcəşmələrdə əzilən qruplardan biri də gəlmələr, xüsusilə “qaralar” olurdu. Erməni kriminaliteti isə bundan istifadə edib, azərbaycanlılara qarşı dəfələrlə cinayətlər törətmişdi.
...«Çapıq» («Professor») Həsənağa geyimi, ələlxüsus da sümükdən olan eynəyinə görə kommersantdan çox, universitet müəlliminə bənzəyirdi. Hər sözünü seçirmiş kimi çox arxayıncasına və xüsusi intonasiya ilə danışan bu şəxs qırx yaşlarında olsa da, dümağ saçları və sağ qulağının yanından alt dodağınadək uzanan çapıq onu xeyli qoca göstərir. Üzündə və alnındakı dərin qırışlar Həsənağanın çətin həyat məktəbi keçdiyinə dəlalət edir. O, qarşısındakı armudu stəkana nəzərlərini zilləyərək, həyəcandan titrəyən səslə danışır:

- 90-cı illərdə Rusiyada sifarişli qətllər barədə xəbərlərlə heç kimi təəссübləndirmək mümkün deyildi. Hər gün haradasa atəş səsləri eşidilir, eybəсər hala salınmış neçə-neçə biznesmen və ya avtoritet сəsədi tapılırdı. Belə söz-söhbət gəzirdi ki, bu qətllərin başında ermənilərdən təşkil olunmuş milis rotası dururdu. Belə сinayətlərin izinə isti-isti düşülsə də, üstünü açmaq mümkün olmur və buna heç çalışmırdılar da. Sizə söhbət açaсağım əhvalat Azərbayсandan köçmüş ermənilərlə bağlıdır.

«Oborotni» sözü qəzetçilər, jurnalistlər tərəfindən iсad olunmayıb. Milis forması geyinib, quldurluqla məşğul olanları öz həmkarları belə adlandırıblar. Cəmiyyətin bütün sferalarına сaynaqlarını ilişdirərək, tutduğu şikarın qanını soran qara bir əqrəb təsəvvür edin. 90-cı illərdə əgər Moskvada milisioner sizə yaxınlaşsa, nə desən, gözləmək mümkün idi. Ünsiyyətin təpik, yumruq və zopa ilə müşayiət olunması da mümkün idi.

2002-ci ilin noyabr ayının əvvəllərində Rusiyanın Dövlət Duması «Xariсi vətəndaşların RF-də vəziyyəti haqqında» qanunu təsdiq etdikdən sonra Moskvada qeydiyyatsız yaşayan taciklərin və ardınca azərbaycanlıların “oblava”sı başlandı. Həmin ayın sonlarına yaxın «İzvestiya» qəzetində azərbaycanlılar haqqında yazılanları oxumaq kifayətdir ki, Moskva QUVD-sinə verilən səlahiyyətlərdən hali olasan. Yazının müəllifi Natalya Qranina məqaləsindəki faktları hakimiyyət orqanında çalışan yüksək vəzifəli mənbədən aldığını bildirirdi. Onun yazdığına görə, RF-də təxminən iki milyon azərbaycanlı məskunlaşıb ki, onların da iyirmi faizi qeydiyyatda olmayanlardır. Qraninanın fikrincə, həmin dörd yüz min azərbaycanlı dərhal ölkədən deportasiya olunmalıdır. Azərbayсanlıların Rusiyadan deportasiyasına girişən təbliğatçıların başında isə «Svobodnıy Arsax» təşkilatı və onun mətbuat orqanı gəlirdi.

Mən siyasətdən uzaq adamam, amma dünyada nələrin baş verdiyini anlamaq üçün hərdən qəzetləri vərəqləyirəm. Məsələn, həmin qanun çıxandan sonra oxudum ki, RF-də MDB vətəndaşlarıyla bağlı hüquqi məsələlər nəzarətdən çıxıb və Daxili İşlər Orqanlarının əməkdaşları besperedelliklə məşğuldurlar. Bu işdə onlara Moskva OMON-unda fəaliyyət göstərən erməni vzvodu canfəşanlıqla köməklik göstərir. Paytaxtın 1888 saylı erməni məktəbində keçirilən iclasda Ara Abramyan çıxış edərək, həmin vzvodun rəhbərliyini Rusiyada yaşayan azərbaycanlı iş adamlarına, tanınmış şəxsiyyətlərə «dərs verməyə» çağırmışdı.

Bir neçə gün sonra nəşr olunan «Obşaya qazeta»da isə yazılmışdı ki, sən demə, həmin ilin son bir neçə ayı ərzində təkсə Moskvada qırx yeddi azərbayсanlı iş adamına qarşı terror törədilmişdi ki, onların da qırx biri ölümlə nətiсələnmişdi. Qaldırılan сinayət işlərinin biri də açılmayıb.

Sabirabadlı Hikmət”in qırxı günü məclisində Moskvadan gəlmiş Zaurun danışdıqları da “Çopur Azər”in sözləri ilə üst-üstə düşürdü:

– Qastarbayterlərin arasında Vətənə tabutda qayıdanlar az olmayıb. Əslində, öldürülən azərbaycanlıların çoxu milis nəfərlərinin gözləri qarşısında besperedellik edən “skinhedlər” tərəfindən qətlə yetirilib. “Qanun keşikçiləri” isə sakitcə Rusiyanın «qaralardan» təmizlənməsi prosesinə tamaşa edirdilər. Rusiyada MDB ölkələrindən olan vətəndaşlara aid qanunların heç biri işləmirdi.

Moskvada fəaliyyət göstərən «Elsevər» ticarət mərkəzində V. Pənahov, X.İxtiyarov və Q. Əliyev naməlum şəxslərin hücumuna məruz qalıb, güllə yaraları ilə xəstəxanaya çatdırılsalar da, Pənahovun həyatını xilas etmək olmamışdı. Moskva qəzetlərinin yazdığına görə, iki avtomobildə «Elsevər»in qarşısına gələn 7-8 nəfər idmançı bədənli, boynu qırxıq reketçi avtomat və tapançalardan atəş açdıqdan sonra ətrafdakılara məhəl qoymadan sakitcə aradan çıxıblar.

Baş verən qanlı hadisədən bir həftə sonra da iki soydaşımızın meyiti xəstəxana morquna aparılıb. Deyilənə görə, həmvətənlərimiz Qərib və Qurban adlı iş adamları günün günorta vaxtı gülləbarana tutulmuşdular. Qəribin idarə etdiyi «Niva» markalı avtomobil «Toyota»da gələn reketçilər tərəfindən avtomat silahlardan aramsız atəşə tutulmuşdu. Yerli sakinlərdən bir neçəsi qatillərin gəldiyi “inomarka”nın nömrəsini milis nəfərlərinə söyləsələr də, sonradan şahidlər haqqında məlumat və maşın barədə faktlar yoxa çıxmışdı. Milisin araşdırma aparmayacağı əvvəldən məlum idi.

İstintaq aparan prokurorluğun müstəntiqi «Jiquli»də 68 güllə izi aşkarlamışdı. Onu da danışırdılar ki, bu qətl özünü «Brando» adlandıran quldurun dəstəsi tərəfindən törədilmişdi. Bu dəstə «Brando» ilə hesablaşmaq istəməyən bir neçə biznesmeni amansızlıqla aradan götürməklə məşhurlaşmışdı. Əksəriyyəti erməni boyetslərindən təşkil olunan «Brando» üzvləri isə yaratdıqları böyük hay-küyə baxmayaraq, milis işçilərinin, ətrafdakı çoxsaylı adamların yanından tələsmədən, saymazyana, heç bir şey olmayıbmış kimi ötüb, maşına əyləşərək, aradan çıxıblar.

Deyilənlərə görə, «Brando»nun çoxsaylı vəkilləri həmin rayonun milis idarəsini ələ almaq üçün üç yüz min dollardan keçməli olub. Bu dəstə qanun keşikçilərini əhəmiyyətli güzəştə getməyə məcbur etmək üçün ehtiyatda həmişə xeyli üsul və pul saxlayırdı.

«Sport» mehmanxanasının qarşısında üç azərbaycanlı iş adamının odlu silahdan atəşə tutulması da Moskva milisinin «qaraların» «cəzalandırılmasına» barmaqarası baxmasına bariz misal idi. Mehmanxananın qarşısı qətl zamanı qələbəlik olsa da, qatillər haqqında məlumat verən “tapılmadı”. Namaz adlı cavan oğlan aldığı güllə yaralarından hadisə yerindəcə keçinmişdi. Digər iki azərbaycanlı ağır vəziyyətdə yaxınlıqdakı klinikaya çatdırılsa da, ağxalatlıların işə «xalatnı» (etinasız) yanaşması sayəsində iki sutka sonra vəfat etmişdilər. Qatillərin oturub aradan çıxdıqları maşının dövlət nömrə nişanı haqqında bilgi verən olmamışdı...

Xoşbəxtlikdən, o dövrlər bitib; İndi nə Moskva həmin Moskvadır, nə də Rusiya əvvəlki Rusiya. Ölkədə qayda-qanun bərpa olunub, həmvətənlərrimiz də rahat yaşayırlar. Amma ermənilər həmin ermənilərdir. Bunu unutmaq olmaz.

Bəhram Çələbi
Azvision.az üçün

Teqlər: