Keçmiş məhkumdan 2 kq narkotik götürülüb

Keçmiş məhkumdan 2 kq narkotik götürülüb
  27 İyun 2019    Oxunub:1871
Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvəllər məhkum olunan Q.Qəhrəmanov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 11 qramdan artıq, yaşadığı evdən isə 2 kiloqram 245 qram marixuana, içərisində maye olan 1 ədəd şpris və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti