Azərbaycanda turizm polisi yaradılır

   Azərbaycanda turizm polisi yaradılır
  27 İyun 2019    Oxunub:4005
Ölkəmizdə turizm polisi yaradılacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. O bildirib ki, turistlərin problemlərinin dinlənilməsi və onların problemlərinin həll edilməsi baxımından turizm polisi önəmlidir.

"Turizm polisləri turistlərə xidmət göstərəcək şəxslər olacaq. Turistlər şəhərdə gəzərkən, ölkədə olarkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər".

K.Qasımov qeyd edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərin vahid mərkəzdən idarə olunması üçün "Qaynar xətt"in yaradılması nəzərdə tutulur. "Turist "Qaynar xətt"ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında kommunikasiya xətti qurulur ki, onların problemi daha çevik həllini tapsın".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Agentlik   Polis  





Xəbər lenti