Fransada onlarla məktəb tətil edilir

Fransada onlarla məktəb tətil edilir
  27 İyun 2019    Oxunub:1598
Fransada onlarla məktəb tətil edilir.
Azvision.az "BBC"yə istinadən xəbər verir ki, buna səbəb ölkədə müşahidə edilən anomal istilərdir.

Bildirilir ki, cümə axşamı bəzi bölgələrdə 40 dərəcədən artıq isti müşahidə olunub. Bu isə mövsüm normasından yüksəkdir.

Məlumata görə, paytaxt Parisin cənubunda yerləşən Esssone bölgəsindəki 50-ə yaxın məktəbdə kifayət qədər kondisioner olmadığından tətil edilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Fransa   İsti   Paris   Məktəb  





Xəbər lenti