Rusiya ildə 13 milyard dollarlıq silah ixrac edəcək

  26 İyun 2019    Oxunub : 900
Rusiya ildə 13 milyard dollarlıq silah ixrac edəcək
Rusiya hərbi texnika ixracını ötən ilki səviyyədə saxlamağı planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə “Rosoboronoeksport” şirkətinin baş icraçı direktoru Aleksandr Mixiyev bildirib.

Onun sözlərinə görə, son üç ildə Rusiyanın silah ixracının həcmi ildə 15 milyard dollar təşkil edib. 2018-ci ildə isə bu rəqəm 13,7 milyard dollar olub.

İcraçı direktor qeyd edib ki, Rusiya ən çox hərbi məhsulu Asiya-Sakit Okean bölgəsi, Yaxın Şərq və Şimali Afrika ölkələrinə satmağı planlaşdırır. Satılan hərbi texnikanın böyük hissəsi isə aviasiya məhsullarıdır.

Azvision.az


Teqlər: Rusiya   Silah   İxrac