Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək

Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək
  25 İyun 2019    Oxunub:1461
Sabah tanınmış alim və mətbuat tədqiqatçısı, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olmuş Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək.
Azvision.az xəbər verir ki, mərasim saat 11:00-da Bakı Dövlət Universitetində başlayacaq. Hələlik mərhumun dəfn yeri məlum deyil, hazırda bununla bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov bu gün 95 yaşında vəfat edib.

Azvision.az




Teqlər: ŞirməmmədHüseynov  





Xəbər lenti