Şirməmməd Hüseynov vəfat edib

   Şirməmməd Hüseynov vəfat edib
  24 İyun 2019    Oxunub:9572
Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, professor Şirməmməd Hüseynov vəfat edib.

Azvision.az xəbər verir ki, tədqiqatçı alim bu gün 95 yaşında dünyasını dəyişib. Mərhumla vida mərasimi sabah Bakı Dövlət Universitetində keçiriləcək.
Qeyd edək ki, Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib. 1988–ci ildən kafedranın professoru idi.

Azvision.az



Teqlər: Şirməmməd-Hüseynov   Alim   Professor  





Xəbər lenti