Bakıdakı forumda qaliblər mükafatlandırıldı - FOTOLAR

 Bakıdakı forumda qaliblər mükafatlandırıldı -    FOTOLAR
  24 İyun 2019    Oxunub:2420
Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu davam edir.
Azvision.az xəbər verir ki, plenar sessiyanın ardından Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Mükafatlandırma mərasimi keçirilib.

Mükafatların təqdimetmə mərasimində BMT-nin Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər.

5 fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tayland, Kosta Rika, Koreya Respublikası, Avstriya, Çili olub.

























Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: BMT   Forum   ASAN-Xidmət  





Xəbər lenti