Şəkidə kombaynın mühərriki və salon hissəsi, 1 ha biçilmiş taxıl sahəsi yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, kombaynın qalan hissəsi və yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.