“Etirazlar Rusiyanın xeyrinə olacaq” - Gürcüstan prezidenti

“Etirazlar Rusiyanın xeyrinə olacaq” -  Gürcüstan prezidenti
  21 İyun 2019    Oxunub:2008
“Gürcüstan parlamentində baş verən etirazlar Rusiyanın xeyrinə olacaq. Moskva ölkədə daxili qarşıdurmanın təmin edilməsində maraqlıdır”.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Facebook" səhifəsində yazıb.

“Rusiya bizim düşmənimiz və işğalçıdır. Onun idarə etdiyi "5-ci kalon" açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istərdim ki, ölkənin və cəmiyyətin parçalanması, daxili qarşıdurma Rusiyadan başqa heç kəsə fayda vermir. Bu, onun ən məşhur silahıdır ",- deyə Zurabişvili vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanda daxili qarşıdurma yaradanlar "Rusiya siyasətinin" planlarına yardımçı olurlar. Zurabişvili, həmçinin eks prezident Mixail Saakaşvilinin polisin etirazçılara qoşulma çağırışını pisləyib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   Zurabişvili  





Xəbər lenti