Qayın yeznəsini öldürdü, arvadını isə bıçaqladı

   Qayın yeznəsini öldürdü, arvadını isə bıçaqladı
  21 İyun 2019    Oxunub:2815
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində Müşfiq adlı şəxs bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Azvision.az




Teqlər:





Xəbər lenti