Qazaxıstanda təyyarə qəzası: Ölən və yaralı var

Qazaxıstanda təyyarə qəzası:  Ölən və yaralı var
  20 İyun 2019    Oxunub:1858
Qazaxıstanın Akmola vilayətində “AN-2” təyyarəsi qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot həyatını itirib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsindən bildirilib ki, qəza bu gün saat 10 radələrində baş verib. Təyyarənin iki ekipaj üzvü yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Qazaxıstan   Təyyarə   Qəza  





Xəbər lenti