Gömrükdən qanunsuz elektronika malları keçirmək istədi

Gömrükdən qanunsuz elektronika malları keçirmək istədi
  20 İyun 2019    Oxunub:1895
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə tərtib edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 13 ədəd qulaqlıq, 4 ədəd səsgücləndirici, 5 ədəd fotoaparat, 5 ədəd oyun diski, 1 ədəd plata, 4 ədəd "driver", 27 ədəd hard disk, 3 ədəd ştrix kod oxuyucu, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor və 15 ədəd ətir, həmçinin düzgün bəyan edilməyən 6 ədəd qol saatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti