ABŞ-ın ittihamlarına İranın cavabı gecikmədi

ABŞ-ın ittihamlarına İranın cavabı gecikmədi
  19 İyun 2019    Oxunub:1505
"İttiham etmək - ABŞ-ın ölkələrə təzyiq göstərmək üçün istifadə etdiyi ən geniş yayılmış üsullardan biridir"
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ABŞ-ın Tehranı Oman Körfəzində neft tankerlərinə hücumda ittiham etməsinə cavab olaraq deyib. Onun fikrincə, ABŞ bu üsulla İrana təzyiq göstərməyə çalışır.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya İranı Oman körfəzində iki neft tankerinə hücum etməkdə günahlandırır. İranın xarici işlər naziri Məhəmməd Cava Zərif isə bu ittihamları əsassız adlandırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti