“Kamaz”la vurulan piyada öldü

  18 İyun 2019    Oxunub : 1125
“Kamaz”la vurulan piyada öldü
Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 17-də saat 17 radələrində Qazax şəhəri ərazisində Göygöl rayon sakini A.Musayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən şəhər sakini Turxan Bondarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Piyada