Qarabağda erməni hərbçi öldü

  18 İyun 2019    Oxunub : 8559
 Qarabağda erməni hərbçi öldü
Bu gün səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçu yol qəzasına düşüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində ağır yaralanan Araik Balasanyan adlı hərbçi hospitala yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qarabağ