96 dövlət əmlakı hərraca çıxarılıb

96 dövlət əmlakı hərraca çıxarılıb
  18 İyun 2019    Oxunub:2408
Əmlak Məsələləri Dövlət Komitəsi 96 dövlət əmlakını hərraca çıxarıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, onların sırasında 38 kiçik dövlət müəssisə və obyekti, 22 səhmdar cəmiyyəti, 15 qeyri-yaşayış sahəsi, 7 yarımçıq tikili və 14 nəqliyyat vasitəsidir.

Özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin sahəsi 12,2 kv. metr ilə 3,1 min kv. metr arasındadır. Sahəsi 1 712,1 kv. metr olan dövlət əmlakı paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşir. Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə sahəsi 9,2 kv. metr ilə 127,4 kv. metr arasındadır. Bu növ dövlət əmlaklarından 7-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Daşkəsəndə, digərləri isə Bərdə, Şirvan və Ağdaşda yerləşir. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki qeyri-yaşayış sahəsinin sahəsi 76,2 kv. metrdir.

Səhmdar cəmiyyətləri inşaat, kənd-kimya, nəqliyyat, ticarət, istehsal və digər sahələrə aiddir. Budəfəki hərraca “Ucar İnşaat Xidmət“, “Şıxlar Broyler”, “Yevlax taxılçı” və digər səhmdar cəmiyyətlərinin 30-45%-lik dövlətə məxsus səhm paketləri çıxarılıb. Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1986-2007 illəri əhatə edir. Bu kateqoriyadan olan dövlət əmlakları “Nissan”, “Hyundai”, “Kia” və digər avtomobil markalarına aiddir.

Azvision.az


Teqlər: Hərrac  





Xəbər lenti