Tramp miqrantları ABŞ-dan qovur: “Necə gəliblərsə, elə də gedəcəklər”

 Tramp miqrantları ABŞ-dan qovur:  “Necə gəliblərsə, elə də gedəcəklər”
  18 İyun 2019    Oxunub:1800
Miqrantların ABŞ-dan kütləvi deportasiyası gələn həftə baş tutacaq.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabında yazıb. Onun sözlərinə görə, gömrük və immiqrasiya polisi ölkəyə qeyri-leqal gəlmiş qaçqınları ABŞ-dan çıxracaq. Trampın fikrincə, burada söhbət ABŞ-a qanunsuz gələnlərdən gedir.

"Qeyri-leqallar ABŞ-ı tez bir zamanda, necə gəlmişdilərsə, elə də tərk edəcəklər”,- deyə ABŞ prezidenti vurğulayıb

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp   ABŞ   Miqrant  





Xəbər lenti