Köçkünlərin yeni köçü başlayır

Köçkünlərin yeni köçü başlayır
  27 Noyabr 2013    Oxunub:1537
Qəsəbəyə 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcək. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə Bərdə rayonu ərazisində 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəlləyə artıq bu gündən məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Bu barədə AzVision.az-a “Dövlətqaçqınkom”dan məlumat verilib.

Bildirilib ki, köçürülmə prosesi zamanı mənzillər ailə tərkibinə görə püşk atma yolu ilə verilir. Prosesə köçkünlərin müvəqqəti məskunlaşdığı Rayon İcra hakimiyyətinin, əraziləri işğal olunmuş Rayon İcra hakimiyyətlərinin, məcburi köçkün icmalarının nümayəndələrinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət Komissiya nəzarət edir. Qəsəbəyə 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcək. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Məhəllə su, elektrik, qaz və müasir istilik sistemi ilə ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb.

Həmçinin məhəllədə 280 yerlik uşaq bağçası, 540 yerlik məktəb binası, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilib.

Qeyd edilib ki ki, ümumilikdə 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti