Lombarda saxta qızıl verən şəxs tutuldu

Lombarda saxta qızıl verən şəxs tutuldu
  18 İyun 2019    Oxunub:1518
İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib. Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.
Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti