DİN-dən əməliyyat: Bacı və qardaş tutuldu

  18 İyun 2019    Oxunub : 1060
 DİN-dən əməliyyat: Bacı və qardaş tutuldu
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində həmin kəndin sakini Xəyalət Zakirov və həyat yoldaşı T. Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun həmkəndlisi olan qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Azvision.az

Teqlər: DİN