Mürsinin ölüm səbəbi məlum oldu

  18 İyun 2019    Oxunub : 1079
 Mürsinin ölüm səbəbi məlum oldu
Misirin sabiq prezidenti Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirin dövlət televiziyasının yaydığı məlumata əsasən, 67 yaşlı Mürsi ötən gün məhkəmə zalında kəskin ürək çatışmazlığından vəfat edib. Bildirilib ki, keçmiş prezident xoşxassəli şişdən əziyyət çəkib, ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Qeyd edək ki, casusluqla ittiham olunan Mursi dünən paytaxt Qahirədə məhkəmə zalında ölüb.

Azvision.az

Teqlər: Mursi   Məhkəmə   Misir