FHN Qaradağdakı qəza ilə bağlı məlumat yaydı

 FHN Qaradağdakı qəza ilə bağlı məlumat yaydı
  18 İyun 2019    Oxunub:2369
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 5 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti