Ağsuda 4 otaqlı ev yanaraq külə dönüb

Ağsuda 4 otaqlı ev yanaraq külə dönüb
  18 İyun 2019    Oxunub:1659
Ağsu rayonunun Elabad kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan talvar və altına yığılan 1,8 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti