Beynəlxalq İnstitut: "Nüvə silahları modernləşdirilir"

  Beynəlxalq İnstitut:  "Nüvə silahları modernləşdirilir"
  17 İyun 2019    Oxunub:2989
Dünyada nüvə silahlarının sayı Rusiya və ABŞ-ın hesabına azalır, lakin bu silahlara sahib ölkələr onu modernləşdirməkdə davam edirlər.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, əvvəlki kimi nüvə silahlaının 90 faizinə sahib olan Rusiya və ABŞ “START-3” müqaviləsinə uyğun olaraq, həmçinin birtərəfli addımlar ataraq nüvə silahlarının strateji ehtiyatlarını azaltmağa davam edirirlər. 2018-ci ildə ölkələr qeyd edilən vaxtda silahların azaldılması barədə limitə çatdıqlarını elan ediblər. Əgər hər iki ölkə razılaşmanı uzatmasa müqavilənin vaxtı 2021-ci ildə başa çatır. İnstitutun məlumatına əsasən, hər iki ölkə nüvə silahlarını azaltsa da, onu modernləşdirməyə davam edirlər.

Məqalədə qeyd edilib ki, 2019-cu ilin əvvəlində 9 ölkənin - ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın ümumi13,9 min nüvə başlığı var idi. Bu rəqəm 2018-ci ilin əvvəlinə nisbətən azdır. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 14,5 minə çatırdı.

Hazırda ABŞ və Rusiyanın birlikdə 6185-dən 6500-ə qədər, Fransanın 300, Çinin 290, Böyük Britaniyanın 200 nüvə başlığı var. Hindistan və Pakistanın müvafiq olaraq 130-140 və 150-160 nüvə başlığı var. Hindistan, Pakistan və Çin tədricən öz nüvə silahlarını artırırlar. Bundan əlavə, İsrailin 80-90 nüvə başlığı var.

Azvision.az



Teqlər: Nüvə   Silah  





Xəbər lenti