Ağdamda zəncirvari qəza olub

  16 İyun 2019    Oxunub : 940
Ağdamda zəncirvari qəza olub
Ağdamın Quzanlı qəsəbəsində zəncirvari qəza olub.
Azvision.az xəbər verir ki, “VAZ 2106" markalı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən “Mercedes”lə toqquşub.

Nəticədə “Mercedes” markalı avtomobil hərəkətdə olan “VAZ 2107"-yə çırpılıb. Qəza zamanı bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Ağdam   Qəza