"Biz heç bir suriyalıya maaş vermirik" - Ərdoğan

"Biz heç bir suriyalıya maaş vermirik" -  Ərdoğan
  16 İyun 2019    Oxunub:1586
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə sığınan suriyalılara maaş verildiyinə dair iddialara münasibət bildirib.
Azvision.az xəbər verir ki, Ərdoğan heç bir suriyalıya maaş vermədiklərini deyib.

“Biz heç bir suriyalıya maaş vermirik. Sadəcə Türkiyə Cümhuriyyəti vətəndaşı olan yetim, kasıb və köməyə ehtiyacı olanlara valiliklərimizm və kaymakamlarımız vasitəsilə maaş veririk” – deyə Ərdoğan vurğulayıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Suriya   Ərdoğan   Maaş  





Xəbər lenti