Latın Amerikası ölkələri işıqsız qaldı

   Latın Amerikası ölkələri işıqsız qaldı
  16 İyun 2019    Oxunub:3250
Latın Amerikası ölkələrindən Argentina, Uruqvay, Paraqvay və Braziliyada elektirik enerjisinin verilməsində problem yaranıb.

Azvision.az xəbər veirr ki, Latın Amerikası KİV-lərinin yaydığı məlumata görə, problem yerli saatla 07:00-da qeydə alınıb.
Elektrik enerjisi distribütoru "Edesur" şirkəti "Twitter" səhifəsində yaydığı məlumatda bildirib ki, problemə səbəb enerji təchizatı sistemində yaranan irimiqyaslı nasazlıqdır. Bu səbəbdən Argentina Uruqvayda bütün ölkə elektirik enerjisiz qalıb.

Şirkətdən verilən növbəti açıqlamada isə deyilir ki, artıq Argentinanın paytaxtı Buenos Ayresdə elektirik enerjisinin verilişi bərpa olunub. Bütün ölkə boyu bərpa olunma prosesi bir neçə saat davam edəcək.



Kənan Məmmədov
Azvision.az


Teqlər: İşıq   Elektirik   Argentina   Uruqvay  





Xəbər lenti