Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasından yıxılaraq binanın qarşısında olan dəmir konstruksiyalardan ibarət hasarda asılı vəziyyətdə qalan 1967-ci il təvəllüdlü Eynullayev Seyfulla Beydulla oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri S.Eynullayevin meyitini dəmir barmaqlıqların üzərindən götürərək aidiyyəti üzrə təhvil veriblər.