Türkiyədə tayfa davası: 6 ölü, 10 yaralı var

Türkiyədə tayfa davası:  6 ölü, 10 yaralı var
  15 İyun 2019    Oxunub:3005
Türkiyənin Şanlıurfa vilyətinin Siverek rayonunda İzol tayfasının üzvləri arasında silahlı münaqişə baş verib.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisəyə iki ailə arasında torpaq mübahisəsi səbəb olub.

Razılığa gələ bilməyən tərəflər silaha əl atıblar. Qanlı olay nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Azvision.az



Teqlər: Türkiyə   Tayfa   Dava  





Xəbər lenti