Xaçaturyan bacılarının rezonans doğuran cinayəti

  Xaçaturyan bacılarının rezonans doğuran cinayəti
  15 İyun 2019    Oxunub:2281
Rusiya Təhqiqat Komitəsi Xaçaturyan bacılarına qarşı ittiham irəli sürüb.
Ötən ilin iyul ayında Rusiyada böyük əks-səda doğurmuş qətl hadisəsi ilə bağlı istintaq başa çatıb.

İstintaq materiallarına əsasən, 57 yaşlı Mixail Xaçaturyan Moskvadakı evində uç qızı tərəfindən qətlə yetirilib. Qızları Xaçaturyanın boynuna və sinəsinə çoxlu sayda bıçaq zərbələri endiriblər.

Hadisə ilə əlaqədar 19 yaşlı Kristina, 18 yaşlı Angelina və 17 yaşlı Marina saxlanılıb. Bacılar ataları Mixail Xaçaturyanın onlara qarşı mütəmadi olaraq fiziki və mənəvi, o cümlədən seksual xarakterli zor tətbiq etdiyini bildirirlər.

Azvision.az


Teqlər: Rusiya   Xaçatryan  





Xəbər lenti