Xırdalanda qəza ölümlə nəticələndi

Xırdalanda qəza ölümlə nəticələndi
  15 İyun 2019    Oxunub:2543
Xırdalan şəhərində “Mondial” markalı moped beton maneəyə çırpılıb.
Azvision.az Abşeron Rayon Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə iyunun 14-də qeydə alınıb. Qəzanı Sumqayıt şəhər sakini İlkin Bəkirov törədib. Nəticədə sərnişin, Bakı şəhər sakini Nuray Etibarqızı hadisə yerində ölüb.

Qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Xırdalan   Qəza  





Xəbər lenti