Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qısa görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, dövlət başçılarının ayrıca daha geniş görüşü nəzərdə tutulmayıb.