Hulisi Akar telefonla Pentaqon rəhbərinə iradlarını bildirdi

 Hulisi Akar telefonla Pentaqon rəhbərinə iradlarını bildirdi
  13 İyun 2019    Oxunub:1973
Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şanaxanla telefon əlaqəsi saxlayıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında nazir həmkarının Ankaranın Rusiyadan "S-400" zenit -raket kompleksini alması ilə bağlı Türkiyə Müdafiə Nazirliyinə göndərdiyi məktubundan narahatlığını dilə gətirib.

Nazir P.Şanaxanın məktubunda müttəfiqlik ruhuna uyğun olmayan yanaşmanı diqqətə çatdırıb. Danışqılar çərçivəsində başda “F-35” olmaqla ABŞ və Türkiyə arasında təhülkəsizlik və müdafiə mövzularında işbirliyinə dair fikir mübadiləsi aparılıb.

Daha sonra tərəflər razılığa gəliblər ki, danışıqları 26-27 iyun tarixində NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısında davam etdirsinlər.

Qeyd edək ki, Patrik Şanaxan Türkiyənin Müdafiə Nazirliyinə məktub göndərərk bildirib ki, Ankara Rusiyanın “S-400” zenit-raket kompleksini almaqdan imtina etməlidir, əks təqdirdə ABŞ Türkiyə ilə “F-35” qırıcıları ilə bağlı proqram üzrə əməkdaşlığı dayandıracaq. Bu səbəbdən Vaşinqton Türkiyəyə 31 iyula qədər vaxt verib.

Şahanə Rəhimli

Azvision.az




Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti