Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini X.İsaxəliyevin çay kənarında kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu idarə etdiyi “Opel” markalı avtomobildən aşkar edilərək götürülüb.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbəsində yaşayan Ə.Bağırovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Azvision.az