Yevlax və Ağcabədidə taxıl sahələri yanıb

Yevlax və Ağcabədidə taxıl sahələri yanıb
  13 İyun 2019    Oxunub:1664
Yevlax və Ağcabədidə taxıl sahələrində yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ağcabədi rayonunun Xocavənd kəndində 1 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Yevlax şəhərinin Aran qəsəbəsində 0,07 ha biçilməmiş, 0,03 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub və yanğın söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Taxıl   Sahə  





Xəbər lenti