Azərbaycanın hərbi helikopterləri dəyişdirilir

Azərbaycanın hərbi helikopterləri dəyişdirilir
  27 Noyabr 2013    Oxunub:1244
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bütün Mi-24 helikopterləri Mi-24 Super Hind Mk.IV səviyyəsində modernləşdirilməsi həyata keçiriləcək.

Müdafiə nazirliyindən AzVision.az-a daxil olan məlumata görə, “Azairtecservice»” şirkəti bu istiqamətdə CAR-ın Paramount Group şirkətinə daxil olan Paramount Advanced Technologies (keçmiş ATE) şirkəti ilə birgə işlər aparır.

Noyabrın 17-dən 21-dək Dubay şəhərində keçirilmiş “Dubai Airshow-2013” aviaşousunda Azərbaycanda modernləşdirilmiş Mi-24 helikopterləri barədə məlumat verilib.

Qeyd olunub ki, təkmilləşdirilmə nəticəsində helikopterin əməliyyat imkanları artırılıb.

Təkmilləşmə işləri zamanı helikopterdə gecə görüntü eynəkləri tətbiq edilib. Döyüş və uçuş funksionallığı artırılıb və rəqəmsal xəritə ilə uçuşun idarə edilməsi elektron sistemi istifadəyə verilib. Gecə və gündüz hədəflərin izlənməsi, tutulması və təqib edilməsi sistemi tətbiq olunub. Yeni optik görmə sistemi və yeni nişangah pilota gecə və gündüz əməliyyatlarında topdan, idarə olunan və olunmayan aviasiya raketlərindən dəqiq atəş açmağa imkan verir. Helikopterin 20 mm çaplı topu pilotun dəbilqəüstü tuşlama sisteminə birləşdirilib və pilotun baxdığı istiqamətə top avtomatik olaraq yönəlir. Helikopterin silahlanmasına Ukrayna istehsalı olan “Baryer” tank əleyhinə idarə olunan raketləri əlavə olunub, müasir yeni taktik rabitə sistemi qurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti