“Azərbaycan böyük kosmik ailənin üzvüdür” - Baş nazir

  “Azərbaycan böyük kosmik ailənin üzvüdür” -    Baş nazir
  12 İyun 2019    Oxunub:2343
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır. Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir.
Azvision.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmdəov bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları: Texnoloji İnformasiyalar Konfransı və Sərgisi”ndə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: “Azərbaycan son illər infrastruktur layihələri həyata keçirir. Azərbaycan infrastruktura böyük həcmdə vəsait yatırıb”.

N.Məmmədov qeyd edib ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da Azərbaycan böyük kosmik ailənin üzvü olub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Baş-Nazir   Novruz-Məmmədov  





Xəbər lenti