Tokayev and içdi: “Xalqa vicdanla xidmət edəcəyəm”

     Tokayev and içdi:    “Xalqa vicdanla xidmət edəcəyəm”
  12 İyun 2019    Oxunub:2501
Bu gün Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, inauqurasiya paytaxt Nur-Sultanda yerləşən Müstəqillik sarayında təşkil olunub. Mərasimdə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev, hökumət üzvləri və digər dövlət rəsmiləri iştirak ediblər. Tokayev and içərək xalqa vicdanla xidmət edəcəyinə söz verib və rəsmən prezident fəaliyyətinə başlayıb.

Qeyd edək ki, Qazaxıstanda iyunun 9-da keçirilən növbədənkənar prezident seçkilərində Kasım-Jomart Tokayev 70,76 faiz səs toplayaraq qalib gəlib.

Azvision.az



Teqlər: Qazaxıstan   Tokayev  





Xəbər lenti