Lukaşenko sinoptikləri hədələdi: “Onları işdən qovmaq lazımdır”

  11 İyun 2019    Oxunub : 1634
 Lukaşenko sinoptikləri hədələdi: “Onları işdən qovmaq lazımdır”
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin sinoptiklərindən narazıdır.

Azvision.az -ın məlumatına görə, Lukaşenko bildirib ki, sinoptiklər hava haqqında məlumatı düzgün vermirlər. Belarus lideri bu səbəbdən onları işdən qovmaqla hədələyib:
“Nəisə etmək lazımdır. Onları ya qovmaq, ya da ağıllarını başlarına gətirmək lazımdır”.

Prezident mütəxəssislərdən narazı olduğunu dilə gətirib və onları vəzifələrini yerinə yetirə bilməməkdə qınayıb. Onun sözlərinə görə, Belarusun sinoptikləri real hava şəraitinin 50-70 faizini düzgün proqnozlaşdıra bilmir.

Lukaşenko, həmçinin əlavə edib ki, hava proqnozları ilə daha yaxşı işləyirlər, çünki "real zamanda havanı müşahidə edə bilirlər", respublikada harada yağış yağacağını və yaxın 12 saat ərzində nə baş verəcəyini əvvəlcədən deyə bilərlər.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Lukaşenko   Hava   Proqnoz