40 ildən sonra İrana ilk rəsmi səfər

40 ildən sonra İrana ilk rəsmi səfər
  11 İyun 2019    Oxunub:2097
Yaponiyanın Baş naziri Sindzo Abe İrana səfər edəcək.
Azvision.az İrna.ir-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa məlumat verib. O, bildirib ki, Abe çərşənbə günü Tehrana gedəcək və İran rəsmiləri ilə görüşəcək.

ABŞ prezidenti Donald Trump ilə Yaponiyanın Baş naziri arasındakı telefon danışığına toxunan Suqa tərəflər arasında İran da daxil olmaqla əsas regional məsələlərin müzakirə edildiyini deyib.

Qeyd edək ki, bu, Yaponiya Baş nazirinin 40 ildən sonra İrana ilk səfəri kimi tarixə düşəcək.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Yaponiya   Nazir  





Xəbər lenti